Haqqımızda

Tazə Bəy Hamamı

Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikilələr arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termalariyla məşhur olmuşlar. Ictimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasdiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.

Bakının mərkəzində 19 əsrdə (1886 ildə) inşa edilmiş ictimai hamamlardan olan TAZƏBƏY hamamı da belə istirahət yerlərindən biri idi. TAZƏBƏY hamamı memarliq abidələrinin bərpasını müasir tələblər əsasında 2003-cü ildə tam bərpa olunmuşdur.

Bu gün imarət üsullardan rəsmi şəkildə salınmış ekzotik şərq interyerlə fərqlənən ən yüksək zövqlə və tələblərə cavab verən TAZƏBƏY hamamı şəhərimizin qonaqlarının ən sevimli istirahət və saqlamlıq ocaqlarindan biri sayılır.

Şərq, Rus və Fin hamamı, hovuz, və habelə diqər xidmətlət, o cümlədən bütün növ massaj, kisə, süpürgə (evkalipt), pedikür, manikür Sizin qulluğunuzda hazırdı. TAZƏBƏY hamamda şərq və avropa mətbxəxi ilə restoran, bar və pivə barı fəaliyyət göstərir. Bütün xidmətlərə yüksək ixtisaslı personal məsuliyyətlidir.